Başqasının arvadına sataşdı və bərk döyüldü - Video

İstanbulun Esenyurt səmtindəki Bağlarçeşme Məhəlləsində döyülmə hadisəsi baş verib. Evli qadın bir müddətdir ki, naməlum şəxs tərəfindən narahat edildiyini söyləyib. Qadın vəziyyəti ərinə və ətrafdakılara izah edib.
Qəzəblənən ər arvadını küçədə izləyən kişini tutub və hər kəsin gözü önündə döyüb.
"Sherg.az" "Haberler.com"a istinadən bildirir ki, qadını izləyən və ona qarşı qeyri-etik hərəkətlər edən kişi qadının həyat yoldaşı tərəfindən döyülüb. Daha sonra həmin şəxs polis əməkdaşlarına təhvil verilib. Baş verənlər kamerlarda da yer alıb.