Rza Zərrab Ebruya xəyanət edib: Hadisə ilə ABŞ-da...

Xəbər verdiyimiz kimi türkiyəli müğənni Ebru Gündəş iş adamı Rza Zərrabdan boşanır. Buna səbəb kimi Zərrabın ona başqa qadınlarla xəyanət etdiyini söyləyir. Bu ayrılıqda isə üçüncü bir şəxsin adı hallanıb. Onun digər müğənni, Gündəşin yaxın dostu Hadisə olduğu deyilib.
"Sherg.az"ın məlumatına görə Türkiyə mediası Hadisə ilə R.Zərrabın münasibətlərinin olduğunu yazıb. Hətta Hadisənin Zərrabla görüşmək üçün gizlincə ABŞ-a yola düşdüyü iddia olunub. Onların son dəfə 2019-cu ildə görüşdükləri söylənilib. E.Gündəş məhkəməyə ərizəsində Zərrabın ona xəyanət etdiyi qadınlardan birini yaxından tanıdığını, bu münasibətə qızının və dayəsinin şahid olduğunu bildirib.
Qeyd edək ki, E.Gündəşlə R.Zərrab 11 ildir ki evlidirlər. Onların Alara adlı bir qızları var.