Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2148 yeni yoluxma faktı qeydə alınıb, 2287 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 30 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 298 522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 262 480 nəfər müalicə olunaraq sağalıb, 4 107 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 31 935 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 583, bu günə qədər isə ümumilikdə 3 096 740 test icra olunub.