Rəqsanəyə dəstək: "Toy adı ilə Moskvada başqa işlərlə məşğuldurlar" - Rəzalət!

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın toy üçün Moskvaya üz tutan həmkarlarına irad bildirməsi bir müddətdir gündəmdədir. Xatırladaq ki, o ad çəkmədən bəzi müğənnilərə səslənərək "Toyda oxuduqdan sonra evinizə gedin. Buranı elə günə qoyublar ki, adam əlinə mikrofon almağa utanır" deyə açıqlama verib. 
"Sherg.az"ın məlumatına görə aparıcı Elgiz Əkbər də öz verlişində müğənninin fikirlərinə münasibət bildirib:

"Rəqsanə xanım deyib ki, əri ola-ola, uşağı da yanında toy adı ilə gedib başqa işlərlə məşğuldurlar. Düzü mən bilmirdim, onun sözlərini eşitməmişdim.
İşdə müzakirə etdik. Soruşdular ki, səncə kimdir?

Dedim, Vallah bilmirəm. Lakin Moskvada olan müğənnilər kimlərdir onları bilirik. Söhbət tanınmayan müğənnidən gedirsə, niyə gündəmə gətirirsən?

Amma fakt varsa, Rəqsanə düz deyir. Moskvada evli olub, namusla, qeyrətlə pul qazanan müğənnilərimiz var. Məsələn, biri də Elnarə Abdullayevadır. Orada namusu ilə oxuyub pul qazanan müğənnilərimiz çoxdur. Bəs söhbət kimdən gedir? Cavabı məlum olmadığı üçün şayiələr yayılır".