Yanan aktyorun işi ilə bağlı XƏBƏR

Bir müddət öncə yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəsarət alan aktyor Cavid Telman sağalaraq işinə qayıdıb. 
"Sherg.az" xəbər verir ki, o Arb TV-də yayımlanan "Baldız" serialına geri dönüb ve növbəti bölümdə yer alıb. Serialın fraqmentində görünən aktyorun üzündəki yanıq izləri də diqqətdən qaçmayıb. 
Qeyd edək ki Cavid Telman Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyorudur. Onun evindəki partlayışdan sonra bədəninin 70 faizi yanıb. Aktyor 4 aya yaxındır ki, müalicə olunurdu.