Azərbaycanda koronaya ən çox yoluxma harada qeydə alınıb? - RƏSMİ + FOTO


Azərbaycanda COVID-19-a yoluxmanın yayılmasına görə 52,3 faizlə Bakı şəhəri ilk yerdədir.

Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, ölkə üzrə koronavirus testi müsbət olan şəxslərin 12,8 %-i Abşeron rayonunda yaşayır.

Statistikaya əsasən, siyahıda koronavirusa yoluxmaların 12 %-i Aran zonasında, 7,5 %-i Gəncə-Qazax bölgəsində, 4 %-i Şəki-Zaqatala, 3 %-i Quba-Xaçmaz, 2,5 %-i Lənkəran rayonunda, 2,4 %-i Dağlıq Şirvan, 1,3 %-i isə Yuxarı Qarabağda qeydə alınıb.

Yoluxanların 0,04 %-i Naxçıvanda yaşayanlardır.

Xatırladaq ki, xəstələnənlərin 0,3 %-ni ölkə xaricindən gələn şəxslər təşkil edir.