“Ukraynanın yeganə çıxış yolu Türkiyədir” – Qərbə bel bağlamasın!

“Ukraynanın bu günə düşməsində ən azı Rusiya kimi Qərbin də payı var”

“Ukraynanın yeganə çıxış yolu, gələcəyi Türkiyədir”- Qərbə bel bağlamalıdır
“ABŞ-la Rusiya bu mərhələdə razılaşdı. İki amerikan gəmisi boğazlardan geri döndü”. 
Bu sözləri “Ağ” Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli deyib.
Rəsmi Kiyevin gələcək taleyi barədə “Sherg.az”a danışan Ə. Məmmədlinin fikrincə, o, Avropaya bel bağlamamalıdır: 
“Ukrayna Rusiyanın Avropaya qapısıdır. Görünən tərəf odur ki, ABŞ “qapı” uğrunda Rusiya ilə savaşan deyil. Ukraynanın bu günə düşməsində ən azı Rusiya kimi Qərbin də payı var. Ukraynanın yeganə çıxış yolu, gələcəyi Türkiyədir. Türkiyə məzlumlara, zəiflərə bir ümid yeridir...”.