İki hissəyə bölünən stadionla bağlı nazirlik araşdırmaya başladı - VİDEO


Sumqayıt Dövlət Universitetinin (SDU) standart ölçülü futbol meydançasının iki yerə bölünərək, ortasından asfalt çəkilməsi ilə əlaqədar araşdırma başladılıb.

Bu barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, məsələ nazirliyin nəzarətindədir:

“Faktla bağlı araşdırma davam edir. Araşdırmanın yekun nəticələri barədə ictimaiyyətə açıqlama veriləcək”.

Xatırladaq ki, Sumqayıt Dövlət Universitetinin ərazisində olan stadion iki hissəyə ayrılaraq ortasında yol çəkilib. Universitet rəhbərliyi meydançanı iki yerə bölərək, ortasından asfalt çəkmələrinin səbəbinin bir korpusdan digərinə gediş-gəlişi rahatlaşdırmaq olduğunu bildirib.