"Rəhim sənət aləmində çoxlarını bədbəxt edib" - Video

Müğənni Roza Zərgərli həmkarı Rəhim Rəhimli ilə illərdir küsülüdür.

"Sherg.az" xəbər verir ki, bu haqda Roza "ATV maqazin onlarla" proqramında deyib. O bildirib ki, illər əvvəl verdiyi konsertə R.Rəhimli ləkə yaxmaq istəyib:

"Rəhimi dost sayırdım. Gürcü müğənnisi Dato ilə konsertim olacaqdı. Bir uşaq var idi, onun müalicəsinə pul yığacaqdıq. Sənət dostlarımdan dəstək istədim. Bir dostum dedi ki, rəqqas uşaqlar da konsertdə çıxsın, reklam olunsunlar. Tədbir bitdi, komanda yığışırıq gedək yeməyə. İki oğlan kənarda dedi ki, qonorar vermirsiz? Dostlar həll etdi. İki gün sonra getdim Bodruma, baxıram bütün hər yer yazır ki, Roza Zərgərli bizim pulumuzu atdı. Bir uşağın müalicəsinə 25 min pul verən qadın, iki nəfərə pul atıb?

Dedilər ki, onları bir nəfər öyrədib, Rəhim Rəhimli. Fikirləşdim ki, Rəhim niyə etsin? Səsini atdılar mənə. Uşaqlara yazıb ki, o kimdi sizə pul atıb? Qalmaqalınızı edin. Gəlin onu rüsvay edin. Rəhimin səsini qulağımla eşitməsəydim, heç kim məni ondan döndərməzdi. Rəhim bunu paxıllıqdan edib. Gəldi gördü mənə olan hörməti, dostlarımın qayğısını, götürmədi. Yəqin düşünürdü ki, biabır olacam. Sənət aləmində elə adamlar var ki, onların çoxunu Rəhim bədbəxt edib. Həmin gündən mənim Rəhim Rəhimli adla dost və ifaçı yoxdur". / Axsam.az