UEFA Çempionlar Liqasında qrup mərhələsi ləğv edildi

UEFA 2024-cü ildə start götürəcək Çempionlar Liqasında islahat edib.

"Sherg.az"  Almaniyanın “Doyçe Velle” nəşrinə istinadən xəbər verir ki, bu gün keçirilən UEFA-nın İcraiyyə Komitəsinin iclasından sonra 32 komanda əvəzinə 36 klubun turnirdə yarışacağı bəlli olub. 2024/2025 mövsümündən etibarən Çempionlar Liqasına düşməyən elit klublara (bu turnirdə ciddi uğurları olanlar) lisenziya veriləcək.

Yeni format qruplarla yox, bir liqa formasında keçiriləcək. Bütün klublar 5-i səfərdə, 5-i evdə olmaqla 10 oyun keçirəcək. Bunun nəticəsində turnir cədvəli formalaşacaq və ilk səkkiz yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər səkkiz vəsiqə uğrunda 9-24-cü yerləri tutan komandalar pley-off formatında mübarizə aparacaq.

Bütün klublara gəlirlərin artırılacağı zəmanəti verilir.

Xatırladaq ki, dünən Avropanın 12 top-klubu rəsmi şəkildə Avropa Super Liqası yaratdıqlarını elan ediblər./ Oxu.az