2,5 milyard dollar sərvəti var, amma suyu...

Sridhar Vembu minlərlə insanın çalışdığı 2.5 milyard dollarlıq bir şirkətin qurucusu və direktorudur. 1996-cı ildə Sridhar və qardaşları ABŞ-da “Zoho” adlı şirkətlərini qurublar.
"Sherg.az” türk mediasına istinadən bildirir ki, Vembu ABŞ-da 30 il yaşadıqdan sonra Hindistanın cənubundakı ucqar bir kənddə yaşamağa başlayıb.
O, işlərini suyu, yolu və kanalizasiyası olmayan bu kənddən yönləndirir.

S.Vembu BBC-yə verdiyi açıqlamada qeyd edib ki, kəndin geniş düyü tarlaları və dörd-beş küçəsi var. Kənddə ən vacib vasitə olan internet bağlantısı mövcuddur. Sridhar yüksək sürətli fiber optik internet bağlantısı əldə etməyi bacararaq, işləməsi üçün ən vacib infrastrukturu yaradıb. Əhalisi iki mindən az olan kənddə asfalt yol olmadığı kimi, kran suyu və kanalizasiya yoxdur.

Niyə bu kənd? 

Sridhar Hindistanda anadan olub. O, məktəb tətillərində valideynlərinin kəndində keçirdiyi günlərə həsrət olduğunu söyləyib. ABŞ-a təhsil almaq üçün yollanan Vembu hər zaman Hindistanda kənddə yaşamaq xəyalları qururmuş.