Həkim və jurnalistlərə niyə ipoteka krediti verilmir? - Açıqlandı

Müxtəlif peşə sahiblərinə, xüsusilə həkimlərə və jurnalistlərə ipoteka kreditlərinin verilməməsinə dair iddialar var. Hərçənd bütün dövrlərdə, elə pandemiya və müharibə vaxtı da ən çox əziyyət çəkənlər məhz həmin peşə sahibləri oldular. Elə isə?! İqtisadçı-ekspert Qadir İbrahimli səslənən narazılıqlarla bağlı “Sherg.az”a aydınlıq gətirdi: 



“Bu məsələ peşədən yox, kredit götürən ailənin ümumi gəlirindən asılıdır. Belə ki, ipoteka kreditləri verilən zaman ailənin ümumi gəlirindən minimum istehlak xərcləri çıxılır.

Sonra yerdə qalan məbləğlə həmin kreditin ödənilib-ödənilə bilməyəcəyi müəyyənləşir. Əlbəttə, məsələləyə təsir edən ikinci məqam kreditə götürülən evin xərcidir.

Məsələn, ailənin qazancı iki min olarsa, həmin məbləğlə 1700- 1800 manatlıq evin kreditə götürülə bilməməsi məlumdur. Bir sözlə, nəzərə alınan yalnız ipoteka kreditlərinin ödənilməsinin nə qədər real olmasıdır”.