Putin Baydenin onlayn sammitdə iştirak təklifini qəbul edib

Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də iqlimlə bağlı saamitdə iştirak edəcək.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Vladimir Putin qlobal iqlim dəyişikliyinin mənfi nəticələrinin qarşısını almağa istiqamətlənmiş geniş beynəlxalq əməkdaşlığın qurulması kontekstində Rusiyanın yanaşmasını ortaya qoyacaq.
Qeyd edək ki, Ağ Ev bir müddət öncə ABŞ Prezidenti Co Baydenin aprelin 22-23-də dünya liderlərinin iştirakı ilə planlaşdırılan onlayn formatda qlobal iqlim dəyişikliyi sammitinə rusiyalı həmkarını da dəvət etdiyini açıqlayıb.