Fillərin qəzəbi: Brakonyeri ayaqlayıb öldürdülüər - FOTO

Cənubi Afrika Milli Parkında dəhşətli hadisə baş verib. Parkdakı mühafizəçilərdən qaçarkən fillərin hücumuna məruz qalan brakonyer ölüb.
"Sherg.az" türk mediasına istinadən bildirir ki, parkın sözçüsü Isaac Phaahla "Twitter" hesabında ölən brakonyer və onu müşayiət edən şəxslərin mühafizəçilərindən qaçarkən fillər tərəfindən hücumlara məruz qaldıqlarını qeyd edib.
Brakonyerlərdən birinin fillərin altında əzildiyi barədə məlumat paylaşan Phaahla, 1 nəfərin də yaxalandığını açıqlayıb.
Cənubi Afrika Respublikası Ətraf Mühit Nazirliyinin məlumatına görə, 2019-cu ildə ölkədə 31 fil brakonyerlər tərəfindən öldürülüb.