Koronavirus dəhşət yaşatdı: Əvvəlcə körpəsini itirdi, sonra özü öldü!

Türkiyənin Zonquldağ vilayətində yaşayan 31 yaşlı Gülhan Sancı koronavirusa yoluxaraq dünyasını dəyişib.
"Sherg.az" "Haberler.com"a istinadən xəbər verir ki, süni mayalanma yolu hamilə qalan Sancının hamiləliyi 5-ci ayında-virusa yoluxduqda sonlanıb.
İstanbul Başakşehir Çam və Şakura Şəhər Xəstəxanasında müalicə alan qadın körpəsini itirəndən sonra həkimlərin müdaxilələrinə baxmayaraq xilas ola bilmədi.