32 yaşlı qadın intihar etdi


Qəbələ rayonunda intihar hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Solqıca kəndində qeydə alınıb.

Belə ki, 32 yaşlı Şölə Sədiyar qızı Aslanova kənd ərazisində özünü asaraq intihar edib. Hadisənin səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır.