Azərbaycanda koronaya yoluxanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb, 1946 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Son sutkada 34 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4 203 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 32 170 nəfər olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 777, bu günə qədər isə ümumilikdə 3 128 656 test icra olunub.