Reaksiya:“Erməni qızın rus əsgərdən hamilə qalması...”

“Siyasətdə olduğu kimi, real həyatda da eyni fahişəliyi təbliğ edirlər”


Xankəndində erməni qızı rus sülhməramlıdan hamilə qalıb. 25 yaşlı Qayane Qrantovna Arzumanyan Xankəndindəki Rusiya sülhməramlı kontingentinin rəhbərliyindən ədalət tələb edir. Bu haqda məlumatı “everything.kz” saytı yayıb.
Problemin incəliyi ondadır ki, qız 2021-ci ilin yanvarında Rusiya Müdafiə Nazirliyinin Qarabağda xidmət edən Artyom adlı baş leytenantı ilə görüşüb.
Onun dediyinə görə, təxminən iki həftə görüşüblər, bundan sonra Artyom ünsiyyəti dayandırıb və komandanlıq qıza Artyomun olduğu yer barədə heç nə deməyib.

Bir həftədən sonra Qayane hamilə olduğunu öyrənib və bu haqda Artyoma bildirib. Qızın sözlərinə görə, gənc oğlanın reaksiyası müsbət olub. 
Hazırda qız 7 həftəlik hamilədir. Qızın valideynləri və qohumları müxtəlif orqanlara müraciət etsələr də baş leytenant Artyomun axtarışı hələ bir nəticə vermir.



Baş verənlər maraq və gülüş doğurduğu qədər ciddi məqamlardan da xəbər verir.  Məsələ barədə “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, ermənilərlə ruslar çoxdan bir-birinə bağlı tərəflər olublar:

“Ümumiyyətlə, bu olanlara reaksiya verməyə dəyməz. Çünki ermənilərdə əxlaq deyilən bir anlayış yoxdur. Erməni xalq dünyada ilk dəfə fahişəliyi peşəyə çevirib. Onlarda əxlaq normaları olmadığı üçün ruslarla çıxdıqları “oyuna” təəccüblənmək olmaz. Siyasətdə olduğu kimi, real həyatda da eyni fahişəliyi təbliğ edirlər”.