Siyəzəndə yeniyetmə su kanalında batıb

Siyəzəndə 14 yaşlı oğlan su kanalında batıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Xəbərə görə, "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində 2007-ci il təvəllüdlü Quliyev Murad Şahin oğlunun batması barədə məlumat daxil olub.
Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.