Ermənistanda əsgər intihar edib

Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birində xidmət edən əsgər intihar edib.
APA-nın xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, əsgər Narek Xaçatryan bu gün asılmış vəziyyətdə aşkarlanıb.
Onun bu il hərbi xidmətə çağırıldığı bildirilir.
Araşdırma aparılır.