Hacıqabul-Muğan avtomobil yolu istifadəyə verildi - YENİLƏNİB


Aprelin 20-də Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısına uzunluğu 11,5 kilometr olan yolun texniki göstəriciləri barədə məlumat verildi.

Bildirildi ki, yolun yenidən qurulması 32 min nəfərin yaşadığı 2 yaşayış məntəqəsi arasında əlaqəni gücləndirəcək. Eyni zamanda, əhalinin həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yoluna, həm də Hacıqabul-Şirvan yolu vasitəsilə digər şəhər və rayonlara rahat çıxışı təmin edəcək.

Qeyd edək ki, ölkəmizdə yollar yeniləndikcə, kənd təsərrüfatı, turizm və digər sahələrdə də inkişaf baş verir, bölgələrdə iqtisadi canlanma müşahidə olunur.

 
12:08

Aprelin 20-də Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısına uzunluğu 11,5 kilometr olan yolun texniki göstəriciləri barədə məlumat verilib.