Dirildi !Səsi-sorağı bütün Türkiyəyə yayıldı

Hər kəs maraqlanıb görmək istəyir

Alper Tuydeşin "Zibidi" göyərçinlə qurduğu dostluq hekayəsi hər kəsin marağına səbəb olmaqdadır.  
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Alper ölmək üzrə olan "Zibidi" adlı göyərçini uzun müddətdən sonra həyata qaytarmağa müvəffəq olub. Bundan sonra onların hər ikisinin dostluğu başlayıb. Bursanın Karacabey məhəlləsində yaşayan gənc göyərçinlərin kənara qoyduğu balanı dəsmala bükərək evə gətirdiyini söyləyib.

Quşa hər gün quş yemi və su verərək onu həyata qaytarmağa çalışıb. O, hər gün internetdən araşdırmalar aparıb və uzun səylər nəticəsində onu yaşada bilib. Həmçinin, Tuydeş hər gün sosial media hesablarında  quşun sağlamlıq vəziyyəti ilə bağlı məlumat və fotoşəkilləri izləyiciləri ilə paylaşıb. Qısa müddətdə bu, məşhurların da diqqətini çəkib.

Alper Tuydeş mətbuata açıqlamasında bildirib ki, o, göyərçin bəsləyən ailədə böyüyüb. Uşaqlıqdan göyərçinlərə baxmaq onun hobbisi olub. 3 ildir ki, "Zibidi" adlı bu göyərçini evində saxladığını deyib. O bildirib ki, onu ilk gördüyü zaman "Zibidi" buz və ölü kimi görünüb:

"Ancaq yarım saatdan sonra reaksiya göstərdi. Ona dərhal yem, su verdim. Beləliklə, hekayəmiz başladı. "Zibidi" ilə hətta bir çox ölkələrə səfərlər etmişik. Səfərimizi sosial mediada da paylaşmışam və insanlar onu çox bəyənir.

Hətta bir çoxları məndən onun barəsində çoxlu maraqlı şəkillər paylaşmağımı istəyirlər. 35-40 gün əvvəl yerə qoyduğum quş bu gün qanadlarını çiynimə çırpır. Hətta minlərlə kilometr yol qət edir. Artıq minlərlə insanın sevgisini və heyranlığını qazanıb.

Soyuqlara dözməz deyə günlərdir ki, onu evdə saxlayırdım. Artıq onu digər göyərçinlərin yanına qoydum. Çünki artıq havalar istiləşir. Onun adaptasiya prosesi də başlamalıdır.

Mən də bir təbiət fotoqrafıyam, illərdir sosial mediada yazı verirəm. İndi  "Zibidi Fan Klubu" adlı onun bir çox tamaşaçısı var. Hətta məşhurlar da onu görmək istəyir".