Bu üzük tarixi əsər elan edildi - Nə vaxtdan qalıb?

İngiltərənin qərbində İrlandiya dənizindəki Man Adasında Vətəndaş müharibəsi dövründən qalan üzük tapılıb.
"Sherg.az"ın türk mediasına istinadən məlumatına görə, arxeoloqlar üzüyün 1651-ci ildə vəfat edən Derbi qrafı Ceyms Stanleyə aid ola biləcəyini təxmin edirlər.
Tarixi əsər elan edilən bu əşya eyni zamanda qızıl yas üzüyü də (vəfat etmiş bir şəxsin xatirəsinə taxılan üzük) adlanır.

Manx Milli İrs Təşkilatının arxeoloqu Alison Foks qeyd edib:

"Üzüyün keyfiyyəti onun yüksək statuslu bir şəxs üçün hazırlandığını göstərir. Üzüyün kimə məxsus olduğunu və ya kimin anıldığını dəqiq şəkildə təyin edə biləcəyimiz ehtimalı çox azdır. Lakin bu, əvvəllər qraf Stanley ailəsi ilə əlaqəli ola bilər".