Mehri əhalisi Paşinyanı qovmaq üçün ayağa qalxdı 

Ermənistanın Baş naziri Nikol Paşinyanın Sünik vilayətinə səfəri etirazlara səbəb olub.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Etirazçılar baş nazirin olduğu avtomobilin yolunu bağlayıb. Onun Mehri şəhərini tərk etməsini tələb ediblər. Etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaşanıb.