Qusar sakinində qurudulmuş marixuana və çətənə kolları aşkarlandı - FOTO

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında və qanunsuz dövriyyəsində şübhəli bilinən Qusar rayonu Mucuq kənd sakini Nadir Şixmetov rayon ərazisində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman oradan təmiz çəkisi 570 qram olan qurudulmuş marixuana, eləcə də qurudulması üçün asılmış 25 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı Nadir Şixmetov barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.