Namiq İkinci Fəxri xiyabanda: Şəhidlərdən halallıq istədi - Niyə?

Meyxanaçı Namiq Qaraçuxurlu uzun müddət sonra sənət fəaliyyətini bərpa edib.
“Sherg.az” xəbər verir ki, bu barədə N.Qaraçuxurlunun özü məlumat yayıb. O İnstaqram səhifəsində  İkinci Fəxri xiyabandan video paylaşaraq bu sözləri yazıb:
“Bilirsiniz ki, uzun zamandır işlərimi dayandırmışam. Bu gün Şəhidlər xiyabanına gəldim.
Şəhidlərimizin ruhu ilə dərdləşdim və onlardan halallıq istədim. Şəhid ailələrinə və millətimə səslənirəm icazə verirsinizsə, mən də toparlanmaq istəyirəm.
Allah millətimizə səbr versin. Hünərimiz, gücümüz tükənməz olsun”.