Gülay ilk qazancından danışdı:"11 yaşımda Fransaya..."

Müğənni Gülay Zeynallı “Günün sədası” verlişində qonaq olarkən sənət yolunun başlanğıcından danışıb.
“Sherg.az”ın məlumatına görə sənətçi ilk dəfə 11 yaşında dövlət tədbiri üçün Fransaya getdiyini söyləyib:
“Sonra işləməyə başladım. Bülbül adına orta ixtisas musiqi məktəbində 8-ci sinifdə oxuyurdum. Birinci dəfə toya gedirdim, gecikdiyim üçün axırıncı dərsdən qaçdım. Məktəbin pilləkənləri də köhnə idi, ona görə  oradan üzü aşağı yıxıldım. Toya çatanda gördüm ayağım qanayır.  Həmin şənlikdən o zamanın pulu ilə 4 şirvan qonorar aldım. Mən pulumu həmişə ailəm üçün xərcləmişəm. Anam toylara  mənimlə gəlirdi. Stabil qiymət 4 şirvan idi, artıq qazananda anamla evə taksi ilə qayıdırdıq. Olmayanda isə  dayanacaqda avtobus gözləyirdik. İnsan hər gününə şükür etməlidir”.