90 yaşlı qadını aldadıb 31 milyon dollarını aldılar

90 yaşındakı Honq Konqlu qadın özünü Çinin səlahiyyətli adamı kimi təqdim edən saxtakar tərəfindən aldadılıb. Yaşlı qadının təmtəraqlı məhəlləsi olan bir malikanədə yaşadığı bildirilir.

“Sherg.az” “Ntv.com.tr”yə istinadən xəbər verir ki, cinayətkar keçən yay qadınla əlaqə saxlayıb özünü səlahiyyətli asayiş keşikçisi kimi tanıdıb.

Fırıldaqçı qadının saxta istintaq qrupu hesablarına pul köçürməli olduğunu söyləyib. Bundan sonra saxta təhlükəsizlik qrupu ilə əlaqə qurmaq üçün qadının evinə xüsusi bir mobil telefon və sim kart göndərib.

Beş ay ərzində yaşlı qadının 11 ayrı hesaba ümumilikdə 32 milyon dollar köçürdüyü ortaya çıxıb.

Tarixdəki ən böyük telefon fırıldağı hadisəsi evdəki qulluqçunun vəziyyətdən şübhələnib, qadının qızı ilə əlaqə yaratdıqdan sonra ortaya çıxdı.