Tolik Zaura görə "od püskürdü": “Çox cahilsiniz, onun saçları efirdə ağarıb” - Etiraz! 

Xəbər verdiyimiz kimi, "ATV" televiziya kanalında yayımlanan "Bizimləsən" proqramı dəvət olunan vətəndaş tərəfindən efirdə səsləndirilən faktlara görə dayandırılıb. “Sherg.az” xəbər verir ki, prodüser Tarix Əliyev verlişin aparıcısı Zaur Baxşəliyeva dəstək olub. O İnstaqram hesabında bunları yazıb: “Çox cahilsiniz, çox ! Zaurun saçları efirdə ağardı, yoxsulların  dərdinə şərik oldu. Minlərlə xəstənin şəfasına vasitəçilik etdi, qarşınızda diz çökdü. Daim Allahına, xalqına şükür etdi. Hər zaman əlindən gələni etməyə çalışdı .

Amma indi verlişinin 1 günlük bağlanmasına sevinən cahillər İnstaqramda ağzına gələni yazdı. Axı siz kimsiniz ? Həyatda özünə gün ağlamayanlar, nəinki cəmiyyətə, ailəsinə xeyri olmayan məxluqlar! Dənizdən 1 ton su götürülsə də, yenə dənizdi. Zaura nə oldu ki ? Nə tez sevindiniz?Zaurun xilaskarı olduğu xəstələrin duası ona bəsdir. İt hürüb karvan da keçib .

Zaur elə həmin Zaurdur! Mənim də verlişim bağlananda itlər hürürdü, amma nə oldu? Proqramım olsa da, olmasa da Tolikəm. Bu cəmiyyətdə nə etsən də 1 gün yadda qalır. Ona görə yıxılmamaq üçün çalışmalısan. Çünki ermənidən çox səni özününkülər vurmağa cəhd edəcəkdir”.

Qeyd edək ki, MTRŞ "ATV" televiziya kanalı yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməsinə görə "Bizimləsən" proqramının yayımının dayandırılması, "ATV" televiziya kanalı tərəfindən, ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlanmasının təmin olunması haqqında qərar qəbul edib.