Hüseynbala Mirələmov YAP-dan da çıxarıldı

Sabiq deputat Hüseynbala Mirələmov hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri vəzifəsindən azad olunub.
"Sherg.az" xəbər verir ki, bu haqda teleqraf.com saytı məlumat yayıb.
Saytın əldə etdiyi məlumata görə, Hüseynbala Mirələmov kafedra müdiri olduğu Azərbayacan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının onlayn iclası zamanı qeyri-etik hərəkətlərinə görə partiyadan uzaqlaşdırılıb.
Xatırladaq ki, Mirələmov sözügedən ali məktəbin Qaz Neft Mühəndisliyi fakültəsinin “Neftin, qazın nəqli və saxlanması” kafedrasının müdiri vəfizəsindən də çıxarılıb.