"Kimin nəyinə lazımsan ki, sənə çip taxsınlar"

"Hazırda vaksinasiya ilə bağlı müəyyən vəziyyət yaranıb. Bunu faciəyə çevirmək yerinə həll yolunu tapmaq lazımdır. Yaşlı adamlar, hər kəs vaksin vurdurur".  

"Sherg.az" xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "ATV Səhər" verilişinin qonağı olarkən deyib. Aktrisa insanların min bir bəhanə ilə vaksindən yaxa qurtarmağa çalışdığını bildirib:

"İnsanları bir sual düşündürür: Doğrudan ona o vaksindən vurdular? Bəziləri deyir ki, yəqin onlara C vitamini vururlar. Niyə belə edirlər? Biz bu bəladan tez qurtulmaq istəyirik. Məsələn, elələri var peyvənd elətdirir deyir ki, o vaksin deyil, çipdir. Bizi güdəcəklər. Sən kimin nəyinə lazımsan? İnsan özünü necə bu qədər böyüdə bilər? Özümüz özümüzü belə böyütməsək, şübhələndiyimiz məqamlara aydınlıq gətirsək, hər şey yaxşı olar. Həyatda hər şeyə gülüb keçənlər digərləri ilə nisbətdə daha rahat yaşayır"./Axşam.az