Koronavirusa yoluxma və ölüm sayında azalma müşahidə edilir

Qardaş Türkiyədə pandemiya ilə bağlı vəziyyət müsbətə doğru dəyişməkdədir.

22 aprelə olan koronavius tablosunda uzun müddətdən sonar müsbət dəyişiklik hamını sevindirir. Türkiyədə koronavirusdan sağalanların sayı 3 milyon 909 min 935-ə yüksəlib. Yoluxma sayındakı azalma da – 54 min 791 gözdən yayınmayıb. Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca aprelin əvvəlində iyun-iyul ayları üçün müsbət proqnoz vermişdi. Nazir aparılan peyvəndlənmə kampaniyasının nəticəsi olaraq iyun ayından etibarən yoluxma sayında azalma olacağını bildrimişdi. Nazir  qapanmaların yumşaldılmasından da bundan asılı olacağına diqqət çəkmişdi.