Saatlıda avtomobil piyadanı vuraraq öldürüb

Saatlı rayonunun Soltanabad kəndində yol qəzası qeydə alınıb. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “VAZ 2106” markalı avtomobil yolu keçən Saatlı rayonunun Soltanabad kənd sakini, 1971-ci il təvəllüdlü Mirzəyev Qədir Fazil oğlunu vurub. 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.