Aybəniz Haşımovadan  jurnalistlərə irad:"Ölü-diri, uşaq-böyük bilmirlər"

“Qırx üç ildir ki, səhnədəyəm. Əvvəllər bir çox müsahibəm olub, hətta həyəcandan nəyisə unudub, deyə bilməmişəmsə, həmin jurnalist əlavə edərək yazıb və xalqımıza gözəl bir məqalə tədim edib. İndi isə tərsinədir. Dediyin sözləri baş-ayaq yazıb,ürəklərindən keçən demədiyin bir eybəcər  başlıqla paylaşıb insanları gözdən salmağa çalışırlar”.

“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqram səhifəsində əməkdar artist Aybəniz Haşımova dilə gətirib. O açıqlamalarını təhrif edən jurnalistlərə irad bildirib:

“Sizcə bu hərəkəti necə adlandırmaq olar? Bu nə biabırçılıqdı? Nə vaxtsa, buna bir "dur" deyiləcəkmı? Ölü-diri, uşaq-böyük bilmirlər. Yetənə yetirlər, yetməyənə bir daş atırlar. Allahın qəzəbinə gələcəklər”.