Mətanət təklikdən gileylənib:”Övladımın olmaması...” 

Müğənni Mətanət Əsədova Günya Firudinqızına müsahibəsində həyatı ilə bağlı danışıb. Sənətçi kövrək notlara toxunaraq təklikdən gileylənib.
“Sherg.az” xəbər verir ki, M.Əsədova övladının olmamasını öz səhvi kimi dəyərləndirib:
“Niyə? Çünki halallıqla olsun  istəyirəm, elə-belə yox. Qadınam və xoşbəxt olmaq haqqımdır. Özümü bir evin xanımı kimi görürəm. Ancaq bunu bilirəm, yoxsa boşa ömür keçirmək istəmirəm. Lakin öz həyatımı kiməsə arzulamaram.

Təklik çox pisdir. Bir gün yaxınlarım evimə qonaq gəldilər, sonra getdilər.

Deyir, sənin yanından qayıdandan sonra az qalıram öləm. Düşünürük ki, o yenə yalnız qaldı. Söylədim ki, mən hər gecə ölürəm. Həyatdır da, bu da qismətimlə barışmalıyam”.