Bu ölkədə 24 saat insan cəsədi yandırılır: Korona çökdürüb - FOTOLAR

Hindistanda koronavirusdan ölənlərin sayı hətta rekord həddini də aşmaqdadı.  1,4 milyard əhalisi olan ölkənin səhiyyə  sistemi çökmüş durumdadır. Ölkə krimatoriyalarında  günün 24 saatı, fasiləsiz olaraq insan cəsədləri yandırılır. Krimatoriyalar fasiləsiz işlədiyindən cəsədlərin yerləşdirildiyi plitələr yüksək hərarətin altında əriyir. Gündəlik yoluxma sayında dünya üzrə qorxunc rəqəmlərlə qarşılaşan ölkədə  koronavirusdan ölənlərin sayının da açıqlanan rəqəmlərdən qat-qat artıq olduğu deyilir.

Hindistan səhiyyəsi hazırda pandemiyanın ən sürətlə yayılan dalğasıyla mübarizə aparmağa cəhd göstərsə də  faktiki olaraq çökmək üzrədir. Gün ərzində 314 min 835 yoluxma faktı qeydə alındığı Hindistan bununla ABŞ-I geridə qoyur. ABŞ-da 2021-ci il yanvarın 8-I dünya üzrə ən çox yolçuxma sayı qeydə alınmışdı.

Hindistanda ümumi yoluxma sayı isə 16 milyona çatıb. Bu da dünya üzrə ən yüksək rəqəmdir. Hindistan Səhiyyə Nazirliyi gün ərzində 2 min 104 nəfərin koronavirusdan vəfat etdiyini açıqlayıb.

Bununla da ölkədə virusdan ölənlərin ümumi sayı 184 min 657-yə çatıb. 29 milyon insanın yaşadığı paytaxt Yeni Dehlidəki bir krimatoriyada çəkilmiş fotolar ölkədəki pandemiya krizinin mənzərəsini gözlər önünə sərdiyindən açıqlanan ölü sayının gerçəyi əks etdirmədiyinə şübhələr oyadır.  Yetkililər yoluxma sayındakı artımı koronavirusun mutasiyaya uğramış növü ilə əlaqələndirir.

Mütəxəssislər virusun mutasiyaya uğramış növünün qorxunc vəziyyət yaratdığını bildirir. Baxmayaraq ki, ölkədə peyvəndləmə də sürətlə aparılır, yoluxma sayını azaltmağa hələ ki, nail olunmayıb.

Hindistanın səhiyyə naziri Vardhan isə yoluxma və ölüm sayındakı sürətli artımın səbəbini hindlilərin tövsiyələrə baxmayaraq dini bayramlarda ayinləri icra etmələri ilə bağlayıb.

Məlumdur ki, hindlilər “İbrik Festivalı” kimi tanınan mərasim çərçivəsində müqəddəs çay – Qanqda toplu halda yuyunur, ayinlər icra edirlər. Belə şəraitdə “sosial məsafə”, “maska”, gigiyena, təmizlikdən danışmaq mənasız görünür.