Putin “gəl, Moskvada görüşək” dedi, Zelenski isə...

Putinin “gəl, Moskvada görüşək”, təklifini rəsmi Kiyev qəbul etmir. Rəsmi Kiyev Rusiya Prezidentinin Ukrayna prezidenti Vladimir Zelenski ilə Moskvada görüşə biləcəyi təklifini qəbul etmədiklərini bildirib.
“Şərq.az” “Milliyet.com”a istinadən bildirir ki, Zelenski bundan öncə Putinə qarşıdurmaların yaşandığı Donbasda görüşməyi təklif edibmiş. Lakin Rusiya lideri onu Moskvaya dəvət edərək, rusiyapərəst separatçılarla təmasa keçməsini istəmişdi. Məlumdur ki, hazırda Rusiya  Krım və Ukrayna sərhəddinə böyük bir ordu toplayıb, Qara dənizi barıt çəlləyinə çevirib. Bu, Rusiya tərəfinin indiyədək sərgilədiyi ən böyük “göz dağı” hesab edilir. 
Məlahət