Gözlər Ukraynanın Xerson şəhərinə dikilib: Elə olay yaşandı ki...- Fotolar

Ukraynanın cənubunda, Krımınsa şimalında yerləşən Xerson şəhərində kameralar qarşısında yaşanan olay dünya siyasi çevrələrinin diqqətini çəkir. Xerson şəhəri Bölgə Konseyinin  millət vəkili Yeqor Ustinov kürsüdə nitqinə davam edərkən müxalif fikirli siyasətçi Sergey Xan ona yaxınlaşıb və üzərində Rusiya bayrağı çəkilmiş posteri onun boynuna keçirmək istəyib. Sergey Xan Ustinovu “işğalın suç ortağı” adlandırıb. Ustinov rəqibinə təpki göstərib, əliylə onu itələyib. Siyasi rəqiblər arasında yaşanan hadisə kameralar tərəfindən saniyə-saniyə qeydə alınıb.  Yeqor Ustinov Rusiya tərəfdarı hesab edilir. Rusiya əleyhdarları da daim onlara qarşı çıxır, hər fürsətdə təhqir etməyə çalışırlar.