Son dəqiqə: Ərdoğan marşal Rəşid Dustumu qəbul edib

Son dəqiqə xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət Əfqanıstan prezidentinin köməkçisi olmuş marşal Rəşid Dustumu qəbul edib. "Sherg.az" xarici mediaya istinadən bildirir ki, Ərdoğan Dustumla Vahdəddin köşkündə görüşüb. Görüş mediaya qapalı keçirilib.
Rəşid Dustum Əfqanıstan  milli mücadiləsinin qəhrəmanlarındandır.  Əsl adı Əbdül-Rəşid olan marşal Dustum SSRİ-nin Əfqanıstana hərbi təcavüzünə qarşı çıxmış, mücahidlərə  rəhbərlik etmiş generaldır. Onun Türkiyə ilə yaxın, isti münasibətləri olub. Vaxtilə Türkiyə prezidenti, mərhum Turqut Özal Rəşid Dustuma xidməti avtomolini hədiyyə edibmiş. 
Qeyd edək ki, Rəşid Dustum özbək əsillidir.