Pandemiya bu ölkəni bürüdü: ölüm sayı sürətlə artır - Həkimlər acizdirlər

Dünyanın nəzərləri Hindistana dikilib. Amma nə fayda? Kimsə yardım etmir. Hindistanda isə koronavirus xəstələri oksigen balonu çatışmazlığından ölür. "Sherg.az" "CNN.Türk"ə istinadən xəbər verir ki, Hindistanda koronavirusun yeni mutasiyasının ortaya çıxmasıyla yoluxma və ölüm sayı dəhşətli sürətlə artmaqdadı.
Ölkənin səhiyyə sistemi çökmüş durumdadır. Ölkənin cənubu, şimalı və mərkəzindəki bir çox xəstəxanalar oksigen balonlarının azaldığını həyəcanla duyurduğu vaxtda paytaxt Dehli də 25 koronavirus xəstəsi oksigen balonu yoxluğundan vəfat edib. Ölkədə gündəlik yoluxma sayı 350 minə yüksəlib. Milyonlarla ağır xəstə xəstəxanalara axın edir. Hindistan xəstəxanaları “oksigen!” çağırışları edir, xəstələr oksigen gözləyə-gözləyə həyatla vidalaşırlar.  Bir çox xəstələr yatağa belə uzadılmadan həyatlarını itirir. Hindistanın qərbindəki Qucarat, Maharaşta əyalətləri, cənubdakı Həryana əyaləti və mərkəzdəki Madya Pradeş əyalətindəki xəstəxanalar indiyədək tədarük olunmuş oksigen ehtiyatının artıq tamam bitmək üzrə olduğunubildirib. Bu vəziyyət ölkənin dəmir yolu sistemini hərəkətə keçirib. Hazırda bir çox əyalətlərə dəmir yolu vasitəsilə vaqonlarda oksigen balonları daşınır. Bir tərəfdən də vəfat etmiş xəstə sayınını artması səbəbiylə cəsədlər  açıq havada yandırılır. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Hindistandakı vəziyyətlə bağlı hədsiz narahatlıq keçirdiyini bildirən açıqlama yaymışdı. Lakin hələ də Hindistana yardım əli uzadılmayıb.