Ofisiant robotlar müştərilərin böyük marağına səbəb olub

Koronavirus epidemiyası səbəbindən inkişaf edən robot texnologiyalarının gündəlik həyatda istifadəsi getdikcə daha çox yayılmaqdadır.

Sherg.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Cizan şəhərində fəaliyyət göstərən "Robot Restoranı" adlanan yerdə çalışan yardımçıların hamısı robotlardan ibarətdir. İki həftə əvvəl açılan restoranda ofisiant robotları süni intellektə sahibdirlər. Müştərilərinə dadlı Asiya mətbəxi təqdim edən yerdə 6 robot çalışır. Rahim Ömer adlı bir mühəndis tərəfindən hazırlanan robotlar asanlıqla hərəkət edir və restoranın hər yerinə yerləşdirilən cihazlar sayəsində ziyarətçilərə yeməklərini çatdırırlar. Epidemiya riskini azaltmağa hazırlanan sistem müştərilərin böyük marağına səbəb olur.