Hulusi Akar və generallar sərhəddə...


Türkiyənin müdafiə naziri Hulusi Akar Türk Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri  ilə “Pəncə-İldırım” əməliyyatının icra mərkəzindəki vəziyyətlə yerində tanış olmaq üçün İraq sərhəddinə gəlib.

Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hulusi Akarla yanaşı Türk Silahlı Qüvvələrinin daha bir neçə yüksək rütbəli zabiti Hakkarinin Yüksəkova bölgəsindəki 3-cü Piyada Tümən Komandanlığında olub. H.Akara İraqın cənubunda terror qruplaşmasına yönəlik, Avaşin-Basyan bölgəsində keçirilən “Pəncə-İldırım” anti-terror əməliyyatının gedişi ilə bağlı məlumat verilib.