Ayı balası itlərlə bir yerdə qalır

Türkiyənin Sakarya şəhərinin Karasu bölgəsində bir evə girən ayı balası Karasu İtlərin Reabilitasiya Mərkəzində mühafizə altına alınıb. 

Sherg.az “Milliyet.com”a istinadən xəbər verir ki, Karasu bələdiyyə başqanı İsak Sarı və başqan yardımçısı İsmayıl Karakaş mərkəzi ziyarət edib. Mərkəz əməkdaşları onlara ayı balasının səhhəti ilə bağlı məlumat verib. İ.Sarı mediaya bildirib ki, anasında ayrı düşmüş balanın itlərin hücumundan qorxub qaçaraq əyalət mərkəzinə gəlib. Ayı balası müayinə ediləcək, anası tapılarsa, onun yanına aparılacaq.  Yox əgər ana ayı tapılmasa, bala Sakarya Təbiəti Qoruma və Milli Parklar şöbə müdirliyinə təslim ediləcək. Mərkəzin veterinarı Həmzə Ayar isə bildirib ki, ayı balası bir gecə burda “qonaq qalacaq”.