Pakistandan Türkiyəyə dəstək

Pakistan xarici işlər naziri Şah Mahmud Qureyşi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna telefon açaraq ölkəsinin hər zaman Türkiyənin yanında olduğu söyləyib.

Diplomatik qaynaqlardan “Millieyt.com”a daxil olan xəbərə görə, Qureyşi Çavuşoğluyla telefon danışığında ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini “soyqırım” adlandırmasına qarşılıq olaraq Pakistan dövlətinin Türkiyəyə tam dəstək verdiyini ifadə edib. Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında isə bildirilir ki, rəsmi İslamabad 1915-ci il hadisələri ilə əlaqədar bəzi dövlətlərin bəyanatlarında tarixə birtərəfli baxış və siyasi təbəqələşmə yer alır ki, bu da dövlətlər arasındakı etimadı zədələyir və qütbləşməyə yol açır. Rəsmi Pakistan bldirir ki, Türkiyənin 1915-ci l hadisələri ilə bağlı həqiqətlərin üzə çıxarılması üçün Ortaq Tarix Komissiyasının yaradılması təklifini müsbət qarşılayır.