Röya keçmiş ərindən danışdı:"Anarı elə görüb, ağladım"

Xalq artisti Röya Ayxan "Dəyişən cavab" verlişində qonaq olarkən öz həyatı və sənəti ilə bağlı açıqlamalar verib. "Sherg.az"ın məlumatına görə stilist Anar Ağakişiyev müğənniyə "Şayiələr yayıldı ki, siz keçmiş qaynananız ilə Anar Cəlilovu birinci xanımından ayırmaq üçün saziş imzalamısınız. Amma siz cavabını verdiniz" deyib. Röya isə eks-qaynanasının yaxşı insan olduğunu söyləyib:

 "Özümə onun kimi qaynana olmağı arzu edirəm. Ayrılanda ən çox ondan utanmışam ki, necə deyim bağışlayın. Onların ailəsi bir-birilə sıx əlaqəlidir. Yoxsa bizim kimi deyil.

Nə qədər etsəm də, bir yerə yığa bilmirəm. Bir tərəfdən çox xoşbəxtəm ki, elə ailədən uşaq dünyaya gətirmişəm. Mən Anarı çox sevmişəm, bəlkə, hələ də onu sevirəm.

Ötənlərdə Anar Hüseynlə futbola gedib, şəkil çəkdiriblər. Dedim, gətir baxım. Gördüm, Anarın saçı ağarıb. O mənə çox pis təsir elədi, ağladım. Nə olursa, olsun istəmirsən sevdiyin qocalsın. Adam sevəndə hər şeydən əl çəkə bilər. Ayrılanda nifrət bəsləmək lazım deyil. Mənim həyat yoldaşım çox gözəl insan olub. Digər situasiyaları bilmirəm. Məsələn, valideynlərim boşananda anam pəncərəyə "reşotka" vurmuşdu ki, atam bizi görə bilməsin. Atama olan qəzəbini bizi ona göstərməməklə yaşadı. Amma görürsən həyat necə dəyişdi. Mən qazandığım pulla ilk evi atama aldım".