Şəbnəm Tovuzlu:"Həyat yoldaşım məni kök sevir”

Müğənnilər Nazənin Salayeva və Şəbnəm Tovuzlu “Evdəkilərə salam” verlişində dostluqlarından bəhs ediblər.
“Sherg.az” xəbər verir ki, Nazənin xanım Şəbnəmin insanları dinləməyi bacardığını söyləyib:
“Başına nə oyunlar gəlməyib ki... Yazıq qız... Amma çox güclü xanımdır. Ona demişəm ki, başını aşağı sal, sən oxu. Çünki insanlar səni sevir, səsin də gözəldir. Ən əsası Şəbnəmin kompleksi yoxdur”.

Bu zaman aparıcı söhbəti dəyişərək Şəbnəmə bir vaxt arıqlayıb, sonra yenidən kökəlməsi ilə bağlı sual verib. Müğənni isə layihə üçün arıqladığını deyib:

“Sonra yenidən kilo aldım. Əslində evdəkilər deyirlər ki, sənə arıqlıq yaraşmır. Həyat yoldaşım da məni belə bəyənir. Hətta bundan da kök sevir”.