Fatimədən Rəqsanəyə İRAD:“Kiməsə sözün varsa, özünə de”

“Rəqsanə xanım İnstaqram səhifəsində bir çox müğənini danladı. Dedi ki, toydan sonra evinizə gedin. Bilirsiz, mən Moskvada belə bir şey görmədim. Şahidi olmadığım hadisədən necə danışa bilərəm?”. 
“Sherg.az” xəbər verir ki, bu sözləri “Hüseynova bacıları” verlişində rəqqasə Fatimə Fətəliyeva  müğənni Rəqsanə İsmayılovanın Moskvaya üz tutan həmkarlarının ünvanına söylədikləri haqda deyib. Fatimə Moskvada xına yaxdı məclisində iştirak etdiyini söyləyib:

“Çox hörmətlə qarşılandım. Hətta yenə dəvət edəcəklər. Hərə öz adına layiq davranır. Kimisə qınamaq olmaz. Demişdim ki, beş barmağın hamısı eyni deyil. Sonra söyləyirsiniz ki, niyə camaat rəy yazanda aqressiya ilə deyir ki, siz hamınız beləsiz.

Amma bizim dəyərli sənət nümayəndələrinin ailələri var. Onlara hörmətlə nümunə kimi baxmaq olur. Lakin belə olduqda onlar da bu ümumiləşdirmədə gedirlər. Deyirlər ki, bu aləmdə olan insanlar elədir.

Düşünürlər ki, bunları ailə məclisinə dəvət etmək lazım deyil. Sabah mən yenidən Moskvaya gedəndə  öz-özümə utanacam. Məsələn, xanımın həyat yoldaşı gəlib salamlayacaq. Ona cavab verməyə çəkinəcəm. 

Fikirləşəcəm ki, hamımız haqqında düşünürlər ki,bunların hamısı düz yolun adamı deyil. Sənin kiməsə sözün varsa, kimdənsə, xoşun gəlmirsə, özünə de. Adını da çəkmək düzgün deyil”.