Elza Rozanı “topa tutdu”:“Gərək Nərmin də sifətini dartdırsın, tikdirsin ki...”

“Görürəm efirdə adım çəkilir. Haqqımda danışmayın. Fərqi yoxdur, yaxşı, ya pis mənada məndən bəhs etməyin. Mənim kimi sənətkarlar toxunulmazdır. Bilsin ki, onu şər-böhtanlarına görə məhkəməyə verəcəm”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Atv magazin onlarla”ya açıqlamasında müğənni-bəstəkar Elza Seyidcahan Roza Zərgərli haqqında deyib. O ifaçıya “od püskürüb”.
“Onlar sənətdə deyil, bütün  günü cərrahi əməliyyatlardadırlar. Üzlərini o qədər dartdırıblar ki, ağılları da dartınıb. Bunlar üzü götürüb başa tikirlər, yəqin ağıllarını da başlarının arxasına tikiblər. Əməliyyatlara gedirlər ki, efirdə onlardan danışsınlar. Görürlər gündəmdə deyillər, fikirləşirlər ki, neyləyək. Deyirlər, Elza Seyidcahanın adını çəkək. 

Ayıb deyil xalqın sənətkarını təhqir  edirsiniz? Çünki sənətdən xəbəriniz yoxdur. Kiminsə pulu ilə gəlib bu cameaya daxil olmusunuz, özünüzü xeyriyyəçi kimi göstərməyə çalışırsınız.

Kimlərəsə deyirsiniz ki, toylara çağırın məni pul atacam. Gedirlər pul yazılırlar ki, sənət adamlarının arasında olsunlar. Dedikləriniz Elzanın yanından yel olub ötə bilməz. Elza kim, siz kim?  Zamanında onun tədbirlərinə gedərək səhv etmişəm. Mən sizi məhkəməyə versəm, təzminat ödəməli olacaqsınız”.

E.Seyidcahan həmçinin R.Zərgərlinin müğənni Nərmin Kərimbəyova haqqında dediyi “Elə bilirəm mən qazanıram, o yeyir. Qızdan antipatiya gəlir” sözlərinə də münasibət bildirib:

“44 günlük müharibədə “Atəş” adlı mahnını oxuyan, Hökümə Nəcəfzadənin nəvəsi Nərmin  Kərimbəyovaya deyir, o mənə çatmır. Əlbəttə çatmaz. Gərək Nərmin də sifətini dartdırsın, tikdirsin ki, sən onu tanıyasan. Onun rəqsi, performansı, piano ifaları, ailəsi, gül kimi əri və övladı var”.

Əməkdar artist son olaraq R.Zərgərliyə borcunun olub-olmadığı barədə danışıb:

 “Kimsə mənə borc verə bilməz. Həmişə haqqımı qazanmışam. Borclu qala bilmərəm, əksinə artıqlaması ilə pulunu qaytararam”.

Qeyd edək ki, bir müddət öncə Roza Zərgərli “Atv magazin onlarla” proqramında Seyidcahanın ünvanına sərt sözlər deyib. O, bəstəkarın ona borclu olduğunu, lakin illərdir qaytarmadığını söyləyib.