Aparıcıdan Rəqsanəyə sərt tənqid:“Keçmişini bilirik, kafelərdə...”

Prodüser, aparıcı Sayqa Cahid “Birə-bir” proqramında müğənni Rəqsanə İsmayılovanı sərt tənqid edib.
“Sherg.az” xəbər verir ki, o Rəqsanənin Moskvaya üz tutan müğənnilər haqda dediyi “ Toydan sonra evinizə gedin. Buranı elə günə qoymusuz ki, əlimizə mikrofon almağa utanırıq” açıqlamasına irab bildirib. Sayqa müğənninin sözlərində haqlı tərəflərin də olduğunu söyləyib:

“Məsələn, orada baş verənləri düz deyir. Amma  yağış yağdı çatlaqlar örtüldü?  Günəş doğanda o çatlar daha böyük  görsənəcək. Mesajı götürən götürsün. İkincisi, hər kəsin öz auditoriyası var.

Kafe üçün olanlar,  şadlıq evinə gedənlər və böyük salonlarda çıxış edənlər ayrıdır. Kimsə kimsəyə nə isə deyə bilməz. Ona ən böyük iradım  ad çəkməməsi ilə bağlıdır.

Yəni özünü öyə-öyə danışırsansa, ünvanı söyləməlisən. Yox deməyəcəksənsə, ailəsi, övladları olan müğənnilərin üzərinə niyə kölgə salırsan? Yaxşı da! Hamının bəxti sənin kimi gətirmədi, ay bacı, nə istəyirsən? Kiminin talehi yaxşı olur, kiminin yox. 

Sən imkanlı şəxslə ailə həyatı qurdun. Ona qədər yüz dəfə Moskvaya getmisən, kafelərdə də, restoronlarda da, hər yerdə oxumusan. Axı sən də onlardan biri olmusan. İndi nə oldu? İndi kafelərdə ifa etmirsən. Kimsə gəncdir keçmişi bilmir. Lakin  biz bilirik”.