Arif Quliyevin son durumu açıqlandı – Qızı “Sherg.az”a danışdı

Xəbər verdiyimiz kimi, xalq artisti Arif Quliyev koronavirusa yoluxub. Ailəsinin sözlərinə görə, aktyorun durumu kritikdir.
“Sherg.az” da sənətkarın son sağlıq durumunu öyrənmək üçün onun yaxınları ilə əlaqə saxlayıb. Qızı atasının səhhəti ilə bağlı bunları söyləyib:
“Vəziyyəti ağır olaraq qalıb. Bir dəyişiklik yoxdur. Hələ reanimasiyadadır”.